Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır!
Səhiyyə
Expressxeberler.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi müzakirə olunub.
Müzakirələr zamanı deputat Səyyad Aran Səbinə xanımın ictimai-siyasi fəaliyyəti barədə fikirlərini bölüşüb.
Deputat bildirib ki, Səbinə xanım ictimai-siyasi həyatda fəallığı ilə seçilən dövlət məmurlarındandır və digər məmurların da xalqın arasında olmasının vacibliyini vurğulayıb.
“Dəfələrlə eşitmişəm ki, Səbinə xanımın yanına gedən şikayətçi əliboş qayıtmayıb. Bu ən əsas məsələdir. Məmurun, nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu biabırçılıqdır”, – deyə Səyyad Aran qeyd edib.
Hər gün Expressxeberler.az saytına daxil olun, ölkədə və dünyada baş verən hadisələrdən dərhal xəbərdar olun.



