“Mənimlə danışmaq istəmirsən?” – Zelenski Putinə təklif irəli sürdü

IMG_6024 Dünya
02:33

Expressxeberler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi güzəştləri məsələsini şəxsən onunla müzakirə etməyi təklif edib.

Ukrayna lideri bildirib ki, Rusiya tərəfi ərazi məsələlərini müzakirə etmək istəyirsə, bu mövzu birbaşa onunla danışılmalıdır.

“Əgər Putin ərazilər haqqında danışmaq istəyirsə, qoy mənimlə danışsın. Mənimlə danışmaq istəmirsən? Yaxşı, onda bəlkə də bu məsələ sənin üçün o qədər də vacib deyil?” – deyə Zelenski bildirib.

Ukrayna və Rusiya arasında mümkün sülh danışıqları və ərazi məsələsi diqqət mərkəzində qalır.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Ukrayna #Rusiya #Zelenski #Putin #Expressxeberler.az

Kateqoriya: Dünya

17 baxış
Paylaş: