Arıq insanlarda da daxili orqanların piylənməsi ola bilər

6aadff4a02e8bd77e653eb21 Səhiyyə
08:51

Normal çəki insanın bədənində visseral yağın, yəni daxili orqanların ətrafında toplanan piyin olmadığı anlamına gəlmir.

Expressxeberler.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Avropa Tibb Mərkəzinin (EMC) Profilaktik və Yaşlanma Əleyhinə Tibb Klinikasının endokrinologiya şöbəsinin müdiri Kamilya Tabeeva məlumat verib.

Onun sözlərinə görə, çəki hər zaman bədən quruluşunu tam əks etdirmir. Belə ki, normal çəkidə olan insanda əzələ kütləsi az, visseral yağın miqdarı isə çox ola bilər.

Mütəxəssis qeyd edib ki, hətta arıq insanlarda da daxili orqanların ətrafında piylənmə müşahidə edilə bilər.

Tabeevanın sözlərinə görə, visseral yağ metabolik baxımdan aktiv olduğundan sağlamlıq üçün risk yarada bilər. Bu səbəbdən yalnız bədən kütləsi indeksinin (BKİ) hesablanması bədən quruluşunu qiymətləndirmək üçün kifayət deyil. Bədən tərkibinin müəyyənləşdirilməsi üçün bioimpedans analizindən də istifadə oluna bilər.

12 baxış
Paylaş: