BMT missiyası: ABŞ-ın İrandakı məktəbə zərbəsi müharibə cinayətidir
Expressxeberler.az xəbər verir ki, BMT-nin İran üzrə müstəqil beynəlxalq faktaraşdırıcı missiyası ABŞ-ın Minabdakı ibtidai məktəbə zərbəsini müharibə cinayəti kimi qiymətləndirib.
Reuters-in məlumatına görə, missiya hücumun mülki şəxslərin ölümünə və mülki infrastruktura ziyan vurduğunu, bunun isə beynəlxalq hüquqa əsasən müharibə cinayəti təşkil etdiyini bildirib.
Hesabatda qeyd olunub ki, ABŞ ordusu binanın hərbi hədəf olub-olmadığı ilə bağlı məlumatları lazımi qaydada ikiqat yoxlamayıb. Missiyanın qənaətinə görə, məktəb binasının mülki obyekt olması və buna görə mülki şəxslərin zərər görməsi riskinə baxmayaraq hücum həyata keçirilib.
Daha əvvəl CNN üç mənbəyə istinadən ABŞ ordusunun İranda qızlar ibtidai məktəbinə zərbə endirməzdən əvvəl köhnəlmiş kəşfiyyat məlumatları ilə bağlı xəbərdarlıqlara məhəl qoymadığını bildirmişdi.



