Bu ölkədə güclü zəlzələ baş verdi

6aa310e4ae5ac9616539eda7
18:47 Expressxeberler.az

ABŞ-ın Alyaska ştatının sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Expressxeberler.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar UTC vaxtı ilə saat 14:19-da baş verib.

Zəlzələnin episentri Nikolski kəndindən 167 kilometr qərbdə, ocağı isə 83 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bundan əvvəl Almaniyanın cənub-qərbində 3,5 bal gücündə zəlzələ baş vermişdi.

Instagram səhifəmizə abunə olun
Paylaş: