Cənubi Afrika Prezidenti Ramaphosa xəstəlik səbəbindən ictimai tədbirləri dayandırıb
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa səhhətində yaranan problemlə əlaqədar müvəqqəti olaraq ictimai tədbirlərdə iştirak etməyəcək.
Expressxeberler.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Həkimlər sentyabrın 14-də Hindistanda keçirilən BRICS sammitindən qayıdan Ramafosaya istirahət etməyi və sağalmağa vaxt ayırmağı tövsiyə ediblər.
Prezident ofisi bildirib ki, zərurət yarandıqda hökumətin müvafiq nazirləri Ramafosanı planlaşdırılan tədbirlərdə təmsil edəcəklər.
“Daily Sun” qəzetinin məlumatına görə, prezidentin sözçüsü Vinsent Maqvenya Ramafosanın hökumətin fəaliyyətini uzaqdan izləməyə davam etdiyini bildirib.
11
baxış



