İki təyyarə toqquşdu: pilotlardan biri öldü

IMG_1287 Hadisə
10:03

Uruqvayda dəhşətli qəza: Təyyarələr havada toqquşdu, pilot öldü

Expressxeberler.az xəbər verir ki, Uruqvayda təlim uçuşu zamanı iki kiçik təyyarənin havada toqquşması faciə ilə nəticələnib.

Hadisə ölkənin cənubunda, Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində baş verib.

Uruqvay Hərbi Hava Qüvvələrinin məlumatına görə, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşüb. Nəticədə pilotlardan biri həyatını itirib, digər təyyarənin pilotu isə xəsarət almayıb.

Həlak olan pilotun 58 yaşında olduğu və əvvəllər Hərbi Hava Qüvvələrində zabit kimi xidmət etdiyi bildirilib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

296 baxış
Paylaş: