Kazanda kafedə zəhərlənənlərin sayı 58-ə çatıb
Kazanda “Nan Kebab” kafesində qida zəhərlənməsi ilə bağlı xəstələnənlərin sayı 58 nəfərə çatıb.
Expressxeberler.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun Tatarıstan üzrə idarəsinin məlumatında bildirilib.
Məlumata görə, sentyabrın 16-na qədər “Nan Kebab №1” məhsullarından istifadə etdikdən sonra 58 nəfərin xəstələndiyi qeydə alınıb. Onlardan 16 nəfər aktiv şəkildə müəyyən edilib.
Daha əvvəl Tatarıstan Səhiyyə Nazirliyi kafedə baş verən zəhərlənmə ilə əlaqədar 26 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.

