Rubio İranla bağlı razılaşmadan imtina qərarını apreldə verib

6aace16bae5ac9026036669c
14:37 Expressxeberler.az

ABŞ Dövlət katibi Marko Rubio apreldə Pakistanda ABŞ vitse-prezidenti Cey Di Venslə keçirdiyi görüş zamanı İranla mümkün razılaşmadan imtina edilməsi barədə qərar verib.

Expressxeberler.az xəbər verir ki, NBC News bu barədə məlumatlı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüş zamanı amerikalı danışıqlar aparan şəxslər İran tərəfinin mümkün razılaşmanın şərtlərini dəyişdirdiyindən şübhələnərək narahatlıq keçiriblər.

Məlumata əsasən, fasilə zamanı onlar Rubi­oya zəng edərək danışıqları necə davam etdirməli olduqları barədə göstəriş istəyiblər. Rubio isə İranın təklifinin qəbul edilə bilməyəcəyi ilə razılaşıb.

NBC News qeyd edib ki, Rubio sülh məsləhətləşmələrində ictimai şəkildə əsas rol oynamaqdan yayınır və bu işi Vens, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerə həvalə edir.

Bununla belə, Rubio qapalı görüşlərdə əsas qərarlara təsir imkanını saxlayır və ABŞ administrasiyasında mühüm fiqur olaraq qalır.

Nəşrin məlumatına görə, Dövlət katibi və milli təhlükəsizlik müşaviri vəzifələrini birləşdirən Rubio digər kabinet üzvləri ilə müqayisədə ABŞ Prezidenti Donald Trampla daha çox vaxt keçirir.

Bizim Telegram kanalımıza abunə olun
Paylaş: