Taylandın Baş naziri əcnəbilərə: “Ölməyə gedirsinizsə, vətəninizə qayıdın”

6aac1cd4ae5ac92ccf4e065e
23:37

Taylandın Baş naziri və Daxili İşlər naziri Anutin Çarnvirakun ölkədə uzun müddət yaşayan əcnəbilərin şəxsi qəbiristanlıq yaratmaq tələbinə sərt reaksiya verib.

Expressxeberler.az xəbər verir ki, Anutin sentyabrın 17-də Daxili İşlər Nazirliyində keçirilən toplantıda əcnəbilərin Tayland qanunlarına və yerli cəmiyyətə hörmət etməli olduğunu bildirib. O, şəxsi qəbiristanlığın yaradılması ilə bağlı müraciəti “həddi aşmaq” kimi qiymətləndirib.

“Bura gəlməyinizə icazə verdik. Halal dolanmaq üçün gəlin. Əgər ölməyə gedirsinizsə, vətəninizdə ölün. Burada ölməyə ehtiyac yoxdur. Bizi istismar etməyə də çalışmayın”, – deyə baş nazir bildirib.

Anutin əcnəbilərin qanunları pozduğu, yerli sakinləri istismar etdiyi və ya hədələdiyi hallarda deportasiya tədbirlərinin sürətləndirilməsini də tapşırıb. O, eyni zamanda qanunlara əməl edən və dürüst işləyən əcnəbilərin ölkədə yaşamasına qarşı olmadığını vurğulayıb.

8 baxış
Paylaş: