Tramp: İranla müharibənin sona çatmasına yaxınlaşırıq

6aab332c02e8bd6fcf22dfeb
08:26

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin sona çatmasına yaxınlaşdıqlarını bildirib.

Expressxeberler.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında “Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma istəyir, bunun necə nəticələnəcəyini görəcəyik” deyib.

Jurnalistin Tehrandan birbaşa siqnal alıb-almadığı barədə sualına Tramp müsbət cavab verərək İranla birbaşa əlaqənin olduğunu bildirib.

Trampın sözləri münaqişənin davam etdiyi bir vaxtda Vaşinqton və Tehran arasında mümkün danışıqlar barədə yeni açıqlama kimi qiymətləndirilir. Bununla belə, hazırda müharibənin başa çatması ilə bağlı yekun razılaşma əldə edildiyi açıqlanmayıb.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasında prezidentin İrana qarşı hərbi əməliyyatları davam etdirmək səlahiyyətini məhdudlaşdıran qətnaməyə səs verilib.

17 baxış
Paylaş: