Ukrayna Silahlı Qüvvələrinin son 24 saat ərzində hücumları nəticəsində 15 mülki şəxs yaralanıb

6aac74b8ae5ac9574567ff22
10:00

Donetsk Xalq Respublikasında (DXR) son 24 saat ərzində baş verən hücumlar nəticəsində 15 mülki şəxsin öldüyü və yaralandığı bildirilir.

Expressxeberler.az xəbər verir ki, bu barədə DXR administrasiyasının Ukrayna müharibə cinayətlərinin sənədləşdirilməsi departamentinin hesabatında məlumat verilib.

Hesabata əsasən, sentyabrın 17-dən 18-dək Ukrayna Silahlı Qüvvələri tərəfindən 31 silahlı hücum qeydə alınıb.

Məlumata görə, hücumlar nəticəsində 3 mülki şəxs həlak olub, 15 nəfər yaralanıb. Yaralananlar arasında 4 uşağın olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl Rostov vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində yaralanan iki uşağın vəziyyətinin ağır olduğu açıqlanmışdı.

6 baxış
Paylaş: