Buryatiyada bir gündə 12 ayı öldürülüb

6aab51e102e8bd6d3a0d50e5 Hadisə
11:40 Expressxeberler.az

Buryatiyada son 24 saat ərzində yaşayış məntəqələrinə daxil olan 12 ayı öldürülüb.

Expressxeberler.az xəbər verir ki, bu barədə Buryatiya Təbiətin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində ayıların yaşayış məntəqələrində görünməsi ilə bağlı quruma 29 müraciət daxil olub. Dövlət ov mühafizəçiləri ov qrupları ilə birlikdə 29 əraziyə baxış keçiriblər.

Məlumata görə, hazırkı dövr ərzində regionda ümumilikdə 177 ayı məhv edilib.

Departament sakinlərə və respublikaya gələn turistlərə zərurət olmadıqda meşələrə getməməyi, meşəlik ərazilərin yaxınlığında isə təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təbii Sərvətlər Nazirliyi ölkədə şəhərlərdə vəhşi heyvanların görünməsi və insanlara hücumlarla bağlı xəbərlərin artdığını bildirib. Nazirliyin məlumatına görə, Rusiyada qəhvəyi ayıların sayı bir il ərzində 3 700 fərd artıb.

Instagram səhifəmizə abunə olun
Paylaş: