Los-Ancelesdə xəbər vertolyotu qəzaya uğradı: 3 nəfər öldü, yaralananlar var
Hadisə
Los-Anceles ətrafında xəbər vertolyotunun qəzaya uğraması nəticəsində ən azı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Expressxəbərlər.az xəbər verir ki’ bu, Bu barədə CNN məlumat yayıb.
NBC4 və Telemundo 52 telekanallarının birgə açıqlamasında bildirilib ki, hadisə çərşənbə axşamı axşam saatlarında baş verib. Qəza zamanı vertolyot Los-Ancelesdəki hadisələri havadan işıqlandırıb.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib. Hakimiyyət orqanları vertolyotda neçə nəfərin olduğunu da açıqlamayıb.
Los-Anceles meri Karen Bass bildirib ki, araşdırmaya Milli Nəqliyyat Təhlükəsizliyi Şurası rəhbərlik edəcək.
Qəza zamanı vertolyotun düşdüyü ərazidə yanğın da baş verib. Yanğının artıq söndürüldüyü bildirilir.

