Qəzzada yaşayış binası çökdü: 19 nəfər öldü, 25-dən çox yaralı var

6aaa863902e8bd534c31779c Hadisə
20:36 Expressxeberler.az

Qəzzanın cənub-qərbində yaşayış binasının çökməsi nəticəsində ən azı 19 nəfər ölüb, 25-dən çox insan yaralanıb.

Expressxeberler.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Zaher əl-Vahidi bildirib ki, sentyabrın 16-da Qəzza şəhərində daha əvvəl İsrail hücumları nəticəsində zərər görmüş və təxminən altı məcburi köçkün ailəsinin yaşadığı bina uçub.

Onun sözlərinə görə, ölənlər arasında ən azı 8 uşaq və 5 qadın var.

Binanın çökməsinə səbəb hələlik müəyyən edilməyib. Dağıntılar altında insanların olub-olmadığının müəyyənləşdirilməsi üçün axtarış-xilasetmə işləri davam etdirilir.

WhatsApp kanalımıza qoşulun
Paylaş: