Sudanda mədən çökdü: 82 nəfər həlak oldu
Hadisə
Sudanın Qərbi Kordofan əyalətində mədənin çökməsi nəticəsində ən azı 82 nəfər həlak olub.
Expressxeberler.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Agentliyin məlumatına görə, hadisə nəticəsində onlarla insan itkin düşüb.
Sağ qalanlardan birinin sözlərinə görə, dağıntıları təmizləmək üçün lazımi avadanlığın olmaması xilasetmə işlərini çətinləşdirir.
Qeyd edək ki, may ayında Anqolanın şimal-qərbindəki qızıl mədənində torpaq sürüşməsi nəticəsində 28 nəfər həyatını itirmişdi.

