14 şagird dərsdə hazırladıqları qidadan zəhərləndi
Hadisə
Expressxeberler.az xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndində yerləşən Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib.
Məlumata görə, Texnologiya dərsi zamanı müəllim şagirdlərə hamburger hazırlamağı öyrədib. Şagirdlər hazırladıqları qidanı yedikdən sonra özlərini pis hiss ediblər. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
TƏBİB-dən bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən 14 şagirdə ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisəni nəzarətə götürüb və araşdırmalara başlayıb.
Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şagirdlərin adları:
1.Abbaslı Mehri Vəfalı qızı
2.Abbaslı Zəhra Salman qızı
3.Əsədzadə Sənan Tapdıq oğlu
4.Kamallı Pünhan Nəsimi oğlu
5.Qasımlı Sevgi Ənvər qızı
6.Quliyev Ömər Elçin oğlu
7.Quliyev Rasim Fuad oğlu
8.Quluzadə Əsnat Səhər qızı
9.Məmmədli Ayan Əmir qızı
10.Mirzəzadə Əli Emin oğlu
11.Nasirova Eva Axmedovna
12.Nasirova Milana Axmedovna
13.Salmanlı Behbud Samir oğlu
14.Sarıyev Ömər Adət oğlu
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



