ABŞ İrana qarşı “Dəmir qapı” əməliyyatına başladı – Trampdan AÇIQLAMA!

IMG_4420 Dünya
02:48

ABŞ İrana qarşı “Dəmir qapı” əməliyyatına başladı – Trampdan AÇIQLAMA!

Expressxeberler.az xəbər verir ki, ABŞ-nin İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah və mal daşınmasının qarşısını almaq məqsədilə yaratdığı “Dəmir qapı” (Iron Gate) adlı xüsusi işçi qrupu fəaliyyətə başlayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.

Tramp bildirib ki, xüsusi qrup tam fəaliyyət göstərir və dəniz blokadası ilə birlikdə İrana mal və silah daşınmasını məhdudlaşdırır.

“Dəmir qapı” işçi qrupu İran İslam Respublikasında tam fəaliyyət göstərir. Tarixdə ən böyük dəniz blokadası ilə birlikdə, demək olar ki, İrana heç nə daxil olmur və ölkədən heç nə çıxarılmır”, – deyə Tramp yazıb.

ABŞ lideri qrupun İran ərazisində konkret hansı formada fəaliyyət göstərdiyini açıqlamayıb.

#Expressxeberler.az #İran #ABŞ #Tramp #iranabş

1. 242 baxış
Paylaş: