“Azərbaycan-Türkiyə birliyini zəhərləmək istəyənlərin səyləri puça çıxdı!”

IMG_4418 Dünya
02:44

Binəli Yıldırımdan Şuşada mesaj: “Azərbaycan-Türkiyə birliyini zəhərləmək istəyənlərin səyləri puça çıxdı!”

Expressxeberler.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Haber Global” telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətləri pozmağa çalışan qüvvələrin səyləri Şuşada nəticəsiz qalıb.

Binəli Yıldırım Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinin əlini tutaraq havaya qaldırmasının dosta və düşmənə açıq mesaj olduğunu bildirib.

“Yaşasın, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı. Yaşasın, Azərbaycan-Türkiyə birliyi”, – deyə o vurğulayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Azərbaycan #Türkiyə #Şuşa #Qardaşlıq

232 baxış
Paylaş: