İran ABŞ-yə iki gün vaxt verdi
Dünya
İrandan ABŞ-yə 2 GÜNLÜK TƏKLİF: Tehran şərtlərini AÇIQLADI!
Expressxeberler.az xəbər verir ki, İran ABŞ-yə iki gün ərzində danışıqlar masasına qayıtmaqla bağlı yeni təklif təqdim edib.
Tehran bunun üçün Vaşinqtondan əvvəlcə hərbi əməliyyatları dayandırmağı, dəniz blokadasını aradan qaldırmağı və sanksiyaları ləğv etməyi tələb edir.
Qətərin vasitəçiliyi ilə hazırlanan layihəyə əsasən, proses iki mərhələdə həyata keçirilməlidir:
Birinci gün: ABŞ İranın dəniz blokadasını aradan qaldırmalı və dondurulmuş vəsaitlərin bir hissəsini azad etməlidir. Bunun müqabilində İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə obyektlərinə müfəttiş göndərməsinə razılıq verməlidir.
İkinci gün: Hörmüz boğazı yenidən açılmalı, bundan sonra İranın nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilməlidir.
Təklifin ABŞ tərəfindən qəbul edilib-edilməyəcəyi hələlik məlum deyil.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #İran #ABŞ #HörmüzBoğazı #iranabş



