Tramp və Netanyahu arasında İran üstündə “cəhənnəm davası” -TELEFONDA MÜBAHİSƏ ETDİLƏR

IMG_4820 Dünya
15:10

Tramp və Netanyahu arasında İran üstündə “cəhənnəm davası” – GƏRGİNLİK ARTIR!

Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı son telefon danışığı zamanı kəskin mübahisə ediblər.

Məlumata görə, ötən həftəsonu baş tutan telefon danışığı son dərəcə gərgin keçib. Mənbələrdən biri bu mübahisəni “cəhənnəm davası” adlandırıb.

Noyabrın 10-da Knessetdə çıxış edən Netanyahu İranın nüvə arsenalını bərpa etməyə çalışdığını bildirib. O, İranla bağlı təhlükəni birdəfəlik aradan qaldırmağın yeganə yolunun ölkədə ayətullah rejiminin devrilməsi olduğunu vurğulayıb.

Məlumata görə, Netanyahunun Vaşinqtonu İrana qarşı yeni hərbi əməliyyatlara başlamağa inandırmaq cəhdləri bir neçə həftədir davam edir.

“The Financial Times” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Netanyahu Trampla hər gün əlaqə saxlayaraq onu İrana yenidən hücum etməyə çağırır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun!

#Expressxeberler.az #iranabş #İran #Tramp #Netanyahu

99 baxış
Paylaş: