Trampdan İrana yeni HƏRBİ ZƏRBƏ XƏBƏRDARLIĞI: “İstənilən an vura bilərik!”
Dünya
Trampdan İrana yeni HƏRBİ ZƏRBƏ XƏBƏRDARLIĞI: “İstənilən an vura bilərik!”
Expressxeberler.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi zərbələri bərpa etməyə hazır olduqlarını açıqlayıb.
Tramp “Reuters” agentliyinə müsahibəsində ABŞ-ın İrana istənilən vaxt zərbə endirmək imkanına malik olduğunu bildirib.
“Biz istədiyimiz istənilən vaxt İrana zərbə endirməyə hazırıq”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp, həmçinin Qətər və Səudiyyə Ərəbistanının İranla münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu qeyd edib.
Onun sözlərinə görə, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani Ağ Evdə keçirilən görüşdə münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verdiklərini bildirib. Səudiyyə Ərəbistanı da oxşar mövqe nümayiş etdirir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #İran #ABŞ #Tramp #iranabş



