Qızının yoxluğuna dözmədi, ona mahnı yazdı – VİDEO

IMG_5849 Hadisə
00:25 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, tanınmış vəkil Fərhad Mehdiyev iyunun 16-da Bakı–Sumqayıt yolunda baş verən ağır yol qəzasında həyatını itirən qızı Zəhra Mehdizadənin xatirəsinə mahnı bəstələyib.

Vəkil sosial media hesabında paylaşım edərək qızının ölümündən 94 gün keçdiyini, lakin onun yoxluğunu hələ də qəbul edə bilmədiyini bildirib.

Fərhad Mehdiyev qeyd edib ki, Zəhranın itkisi onun üçün böyük bir sarsıntıdır və qızına olan hisslərini mahnı ilə ifadə etməyə çalışıb.

“Zəhramın gedişindən 94 gün keçib, amma dünya və zaman sanki o gündən dayanıb. Onun ölümünü heç vaxt qəbul edə bilməyəcəyəm”, – deyə vəkil yazıb.

O, qızına həsr etdiyi mahnını təqdim edib.

Videonu təqdim edirik.

 

3 baxış
Paylaş: