Tələbələri təhdid etmişdi – universitetə bərpa ediləcək?

IMG_5853 Hadisə
04:37 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbələri təhdid etdiyi görüntüləri yayılan Kənan Zindadilin universitetdən 1 il müddətinə uzaqlaşdırıldığı məlum olub.

Məlumata görə, bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videoda iki şəxsin ADMİU-nun I kurs tələbələrini təhdid etdiyi əks olunmuşdu.

Görüntülərdən sonra universitet məsələ ilə bağlı açıqlama yayaraq Kənan Zindadilin təhsil müəssisəsindən xaric edilməsi barədə qərar qəbul edildiyini bildirmişdi.

Universitet qərarın tələbə ilə bağlanmış fərdi müqavilənin müvafiq bəndləri və daxili nizam-intizam qaydalarına əsasən verildiyini açıqlamışdı. Həmin qaydalarda universitet əməkdaşları və digər təhsilalanlara qarşı hədə-qorxu gəlmək intizam pozuntusu kimi qiymətləndirilir.

Qərarın rektor tərəfindən rəsmiləşdirilərək qüvvəyə mindiyi bildirilsə də, sonradan Kənan Zindadilin universitetdən xaric edilmədiyi, yalnız 1 il müddətinə uzaqlaşdırıldığı məlum olub.

Bu isə onun müəyyən müddətdən sonra universitetdə təhsilini davam etdirə biləcəyi anlamına gəlir.

4 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: