“Gemini” istifadəçi məlumatlarını təxmin edib saytlara daxil olub-ŞOK İDDİA

IMG_5854 Hadisə
07:39 Expressxeberler.az

Expressxeberler.az xəbər verir ki, “Google” şirkətinin “Gemini” süni intellekt modelinin təhlükəsizlik sınaqları zamanı diqqətçəkən hadisə qeydə alınıb.

Sınaq zamanı “Gemini”nin internetdə açıq şəkildə yayılan məlumatlardan istifadə edərək bəzi istifadəçi məlumatlarını təxmin etdiyi və nəticədə üç sayta giriş əldə etdiyi bildirilib.

“Google” isə bunun real istifadəçilərə qarşı həyata keçirilmiş kiberhücum olmadığını, hadisənin təhlükəsizlik mütəxəssislərinin apardığı test çərçivəsində baş verdiyini açıqlayıb.

Mütəxəssislərin fikrincə, hadisə süni intellekt sistemlərinin internetdə açıq olan məlumatları birləşdirərək yeni təhlükəsizlik riskləri yarada biləcəyini göstərir.

Qeyd olunur ki, oxşar hallar digər böyük süni intellekt sistemlərinin təhlükəsizlik sınaqları zamanı da müşahidə edilib.

6 baxış
WhatsApp kanalımıza qoşulun
Paylaş: