Hörmüz boğazında tanker qəzaya uğrayıb, yanğın baş verib

6aac73ca02e8bd41a070a9e2 Hadisə
09:27 Expressxeberler.az

Toqo bayrağı altında üzən “Trend” tankerinin Hörmüz boğazından keçməyə çalışarkən qəzaya uğradığı və göyərtəsində yanğın baş verdiyi bildirilir.

Expressxeberler.az xəbər verir ki, bu barədə IRNA İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə ötən gecə baş verib. Bildirilir ki, tanker atəşə tutulduqdan sonra dayandırılıb.

Hadisənin digər təfərrüatları və tankerdə olan şəxslərin vəziyyəti barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın energetika naziri Kris Rayt İranı Hörmüz boğazı ilə bağlı tezliklə razılaşma əldə etməyə çağırmışdı.

Instagram səhifəmizə abunə olun
Paylaş: