Pakistanda polis bölməsinə hücum: Ölənlərin sayı 31-ə çatdı

6aae1babae5ac938a0731db4 Hadisə
09:56 Expressxeberler.az

Pakistanın şimalında polis bölməsində baş verən partlayış və atışma nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Expressxeberler.az xəbər verir ki, AFP yüksək vəzifəli polis məmuruna istinadən məlumat yayıb. Ölənlər arasında 16 polis əməkdaşı da var.

Daha əvvəl hadisə nəticəsində 21 nəfərin öldüyü, 103 nəfərin yaralandığı bildirilmişdi.

Terror aktı sentyabrın 18-də baş verib. Partlayıcı maddələrlə yüklənmiş avtomobil polis kompleksinin darvazasına çırpılaraq partlayıb. Ardınca ərazidə atəş səsləri eşidilib.

Rusiya Xarici İşlər Nazirliyi hücumda həlak olanların ailələrinə başsağlığı verib

Paylaş: