Rusiyadan İrəvana gözlənilməz zərbə – yeni səfiri ölkəyə buraxmır

IMG_1365 Hadisə
10:43

Rusiya Ermənistanın yeni səfirinin təyinatına razılıq vermədi

Expressxeberler.az xəbər verir ki, Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi planı baş tutmayıb. Rusiya İrəvanın yeni səfir postuna namizəd göstərdiyi Samvel Mkrtçyanın təyinatına aqreman verməyib.

Məlumatı “Armenia Today” yayıb.

Nəşrin məlumatına görə, Moskvanın bu qərarı Ermənistanın hazırkı səfiri Qurgen Arsenyanın geri çağırılması və onun başqa diplomatla əvəzlənməsi planını pozub.

Qeyd edək ki, bu ilin yayında Arsenyanın Moskvadan geri çağırılacağı barədə məlumatlar yayılmışdı. Onun avqust ayında Ermənistana qayıtdığı bildirilsə də, sonradan yenidən Moskvaya gedərək diplomatik fəaliyyətini davam etdirdiyi qeyd olunub.

Bundan əvvəl Rusiyanın Arsenyanın səfir vəzifəsində qalmasında maraqlı olduğu barədə də məlumatlar yayılmışdı.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Ermənistan #Rusiya #Diplomatiya #Expressxeberler #Expressxeberler.az

338 baxış
Paylaş: