Ukrayna ordusu Rusiyaya girdi: canlı qüvvə məhv edildi

IMG_1387 Hərbi
20:57

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə daxil olaraq xüsusi əməliyyat həyata keçirib.

Expressxeberler.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 73-cü Dəniz Mərkəzinin döyüşçüləri minalanmış ərazilərdən keçərək bir neçə gün davam edən əməliyyat zamanı düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər.

Bundan əlavə, əməliyyat çərçivəsində Rusiya ordusunun bölmələrinə aid hərəkət marşrutları, şəxsi heyətin siyahıları və digər mühüm materiallar ələ keçirilib.

#Ukrayna #Rusiya #Müharibə #DünyaXəbərləri #HərbiƏməliyyat

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

221 baxış
Paylaş: