Moskvada HƏYƏCAN: FTX HƏRƏKƏTƏ KEÇDİ – Park MÜHASİRƏYƏ ALINDI, girişlər BAĞLANDI
Hərbi
Moskvada məşhur muzey-qoruq mühasirəyə alındı – ABŞ-dən terror xəbərdarlığı
ABŞ səfirliyinin yaydığı təcili xəbərdarlıqdan sonra Moskvada yerləşən “Tsaritsıno” muzey-qoruğu polis əməkdaşları tərəfindən tam mühasirəyə alınıb.
Expressxeberler.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, kompleksin ərazisi “texniki səbəblər” əsas gətirilərək təcili şəkildə ziyarətçilərin üzünə bağlanıb.
Parkın bütün giriş-çıxışları bağlanıb, əraziyə çoxsaylı polis əməkdaşları və xüsusi xidmət orqanlarının nümayəndələri cəlb olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Moskvadakı səfirliyi oktyabrın 31-də “Tsaritsıno” muzey-qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək terror aktı təhlükəsi ilə bağlı etibarlı məlumat əldə etdiyini açıqlayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) də ABŞ tərəfindən Moskvada terror hazırlığı ilə bağlı məlumat aldıqlarını təsdiqləyib. Qurumun məlumatına görə, bununla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
#Moskva #Rusiya #ABŞ #TerrorTəhlükəsi #DünyaXəbərləri
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



