SON BİR HƏFTƏ: 10 mindən çox döyüşçü zərərsizləşdirildi

IMG_7523 Dünya
00:09

Expressxeberler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə ərzində Ukrayna qüvvələrinin 10 660 rusiyalı hərbçini “zərərsizləşdirdiyini” açıqlayıb.

Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. O, Donetsk vilayətinin Liman istiqamətində Ukrayna ordusunun mühüm nəticələr əldə etdiyini bildirib.

Prezidentin sözlərinə görə, hazırda ən şiddətli döyüşlər Pokrovsk, Konstantinovski və Liman istiqamətlərində davam edir. Həmçinin Zaporojye, Xarkov və Sumı vilayətlərində də hərbi tapşırıqların yerinə yetirildiyi qeyd olunub.

Qeyd edək ki, 10 660 rəqəmi Ukrayna tərəfinin açıqlamasıdır.

Expressxeberler.az olaraq müharibə ilə bağlı son məlumatları operativ şəkildə çatdırırıq.

10 baxış
Paylaş: